Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruz publika.az-a müsahibəsində sözügedən teatrın bugünkü direktoru İsrafil İsrafilovu tərifləsə də, ondan əvvəlkiləri aşağılayıb: “Bu vaxta kimi bir çox direktorlar teatra yalnız obyekt kimi baxıblar”. Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruz publika.az-a müsahibəsində sözügedən teatrın bugünkü direktoru İsrafil İsrafilovu tərifləsə də, ondan əvvəlkiləri aşağılayıb: “Bu vaxta kimi bir çox direktorlar teatra yalnız obyekt kimi baxıblar”.

“Ramiz Novruz mənə “ilişə” bilməz” - Maqbet Bünyadov

Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruz publika.az-a müsahibəsində sözügedən teatrın bugünkü direktoru İsrafil İsrafilovu tərifləsə də, ondan əvvəlkiləri aşağılayıb: “Bu vaxta kimi bir çox direktorlar teatra yalnız obyekt kimi baxıblar”.


Teatrın sabiq direktoru Maqbet Bünyadovun xalq artisti Ramiz Novruza cavabı özünü çox gözlətməyib.

O, AzNews.az-a Ramiz Novruz haqqında öz rəyini çoxdan verdiyini deyib.

Maqbet Bünyadov bildirib ki, Ramiz Novruz onun vaxtilə dediyi fikirlərə görə belə danışır: "Mən haçansa onun arxasınca dediyim bir fikrin bu gün ağrısını çəkirəm. O, əvvəldən də elə idi. Bir-iki aktyora demişəm ki, ola bilər ki, sən dünən aktyor olmusan, bu gün isə gücün çatmır. Sabahın isə aktyoru deyilsən, vəssalam. Mənə teatrdan zəng edib dedilər ki, Ramiz Novruz sizin ünvanınıza belə ifadə işlədib. Ramiz mənə ilişə bilməz. O teatrda məni hamı istəyir".

M.Bünyadov onu da əlavə edib ki, Akademik Milli Dram Teatrına obyekt kimi baxmaq Ramiz Novruzovun fikridir: "Əgər Ramiz bu Teatrı obyekt hesab edirsə, qoy etsin. Tarixinə baxın, ora bir nömrəli obyektdir, özü də məsuliyyətli obyektdir. Mənim heç kimlə işim yoxdur. Pensiyaya çıxmışam, məndən sonra da kimsə gəlməli idi. İsrafil İsrafilovun idarəçiliyi zəif ola bilər, amma mən onu alim kimi qəbul edirəm. İncəsənət çoxlu alim yetişdirib, sayı-hesabı yoxdur. Onların da biri İsrafil müəllimdir. Mən indi Teatrda baş verənlərə qarışmıram. Qarışsam, gərək, onda gedib Ramiz Novruzun qarşısını kəsim və ...".

Bahar RÜSTƏMLİ
AzNews.az