Bu gün Azərbaycanın Xalq artisti Aygün Kazımovanın 44 yaşı tamam olur. Bu gün Azərbaycanın Xalq artisti Aygün Kazımovanın 44 yaşı tamam olur.

Xalq artistindən xalqın şəhidlərinə hörmətsizlik – FOTO+VİDEO

Bu gün Azərbaycanın Xalq artisti Aygün Kazımovanın 44 yaşı tamam olur.



AzNews.az xəbər verir ki, o, öz ad gününü Bakının məşhur restoranlarından birində sənət dostlarını başına yığaraq qeyd edir. Ancaq "Diva" ləqəbli müğənnimiz unudur ki, bu gün Azərbaycan ictimaiyyəti heç də öz səhərini xoş açmayıb. Belə ki, cəbhədə gedən atışma nəticəsində 3 hərbçimiz həlak olub, yaralananların da olduğu deyilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən həmin şəhid hərbi qulluqçular ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla da təltif edildilər.

Belə olan halda 12 albomun müəllifi, 7 filmdə rol alan bir Xalq artistinin hüznlü gündə təmtəraqlı ad günü keçirməsi çoxmu zəruri idi?..

54 klipinin bir çoxu vətənpərvərlik ruhunda olan Aygün xanım xalqımızın bir gündə 3 şəhid verməsini görəsən, niyə eşitməyib? Onunla birgə əylənən müğənnilərin, jurnalistlərin və hətta sadə insanlarındamı bundan xəbərləri olmayıb? Olubsa, niyə onlardan heç biri Aygün xanıma ad gününü ertələməyi məsləhət görməyib?
İndi Aygün xanım və onun dostları restoranda özlərinə toy tuturlar, bayram ab-havasıyla atılıb-düşürlər.

Ancaq bir vaxtlar Aygün Kazımova "Vətən anadır, səni anan çağırır" klipində az qala ağlaya-ağlaya belə oxuyub:
"Vətən dardadır o, köməyə çağırır,
Mən də bu torpağın qadın səsiyəm.
Ana ürəyi övlad nəfəsiyəm,
Canından keç, bu torpaq uğrunda
Can qoyan varsa, vətən yaşayar onda.
Allahım, Allahım,
Eşit, ana fəryadını...".
Yəqin Aygün Kazımova sabah bugünkü ad günü məclisi və 3 şəhid verməyimiz haqda mediaya açıqlama verəcək.

Qeyd edək ki, ad günü şənliyinə müğənni Ədalət Şükürov, Elnur Məmmədov, Xəyyam Nisanov, Aysel Əlizadə, Yaşar Yusub, aparıcılar Cavid Gül, Afaq Gəncəli, Nanə Ağamalıyeva, prodüser Təranə kimi şou nümayəndələri qatılıb, xalq artistinin sevincinə şərik olublar.











image description image description