“Qanun” Nəşrlər Evi daha bir dəyərli əsəri Azərbaycan dilində çap edib. “Qanun” Nəşrlər Evi daha bir dəyərli əsəri Azərbaycan dilində çap edib.

“Visteriya-Locda hadisə” – Yeni KİTAB

“Qanun” Nəşrlər Evi daha bir dəyərli əsəri Azərbaycan dilində çap edib.





AzNews.az xəbər verir ki, nəşriyyat bu dəfə ARTUR KONAN DOYLun yaradıcılığına müraciət edərək, onun "Visteriya-Locda hadisə" kitabını dilimizə çevirtdirib. Kitabın tərcüməçisi Samir Bulutdur.


Kitabda istedadlı skripkaçı, yaxşı boksçu, mahir aktyor, Londonun ən məşhur sakini, əfsanəvi xəfiyyə – Şerlok Holms soyuq ağlının, sarsılmaz məntiqinin və tətbiq etdiyi deduktiv metodun köməyi ilə yenə sirli hadisələrin, həlledilməz məsələlərin, qorxunc cinayətlərin üstünü açır.
Nəcib insan, əsl centlmen mister Skott Eklz dostu Aloizius Qarsiyanın dəvəti ilə onun Visteriya-Locda yerləşən malikanəsinə qonaq gedir. Səhər yuxudan oyandıqda evdə ondan başqa heç kimin olmadığını görür. Bir müddətdən sonra Qarsiyanın cəsədini evdən bir az aralıda tapırlar. Hadisədən sarsılmış mister Skott Eklz Şerlok Holmsu köməyə çağırır.

"Visteriya-Locda hadisə" XX əsrin əvvəllərində yazılıb və ilk dəfə 1907-ci ildə "Strend" jurnalında çap edilib. Povest Azərbaycan dilində ilk dəfədir ki, nəşr olunur.
Klassik detektiv həvəskarları kitabda həmçinin "Bohemiyada qalmaqal", "Kürənlər ittifaqı", "Şəxsiyyətin müəyyən edilməsi", "Boskom dərəsinin sirri", "Beş portağal dənəsi " adlı hekayələri də oxuya biləcəklər.
image description