Mənzildə kişi meyiti tapıldı - Mingəçevirdə

Mingəçevir şəhərində kişi meyiti tapılıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumatda Mingəçevir şəhərində, mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı bildirilib. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilinə giriş qapısını bayır tərəfdən açaraq içəri daxil olublar. Yanğınsöndürən-xilasedicilər mənzilə baxış keçirərkən 1950-ci il təvəllüdlü Eldar Məcid oğlu Vəliyevin cəsədini aşkarlayıb və aidiyyəti üzrə təhvil veriblər.