Bu gecə Azərbaycanda iki ev yanıb. Bu gecə Azərbaycanda iki ev yanıb.

Bu gecə Azərbaycanda 2 ev yandı

Bu gecə Azərbaycanda iki ev yanıb.



AZNEWS.AZ FHN-nin saytına istinadən xəbər verir ki, ilk yanğın hadisəsi Oğuz rayonunun Kərimli kəndində qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan kürsülü, birmərtəbəli 5 otaqlı evin bir otaq, mətbəxinin yanar konstruksiyaları 50 kv.m sahədə və ev əşyaları qismən yanıb.

İkinci yanğın isə Şəki rayon mərkəzindən 25 km aralıda yerləşən Baş Göynük kəndində baş verib.

Vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 35 kv.m sahədə və ev əşyaları yanıb.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.