ABŞ Konqresinin üzvü Madelin Bordallo 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar yanvarın 26-da Konqresdə bəyanatla çıxış edib. ABŞ Konqresinin üzvü Madelin Bordallo 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar yanvarın 26-da Konqresdə bəyanatla çıxış edib.

ABŞ Konqresinin üzvü bəyanat verdi - 20 Yanvarla bağlı

ABŞ Konqresinin üzvü Madelin Bordallo 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar yanvarın 26-da Konqresdə bəyanatla çıxış edib.



AZNEWS.AZ AzərTAc-a istinadən xəbər verir ki, o, 20 Yanvar hadisələrini keçmiş sosialist ölkələrindəki demokratik hərəkatın başlanğıcı kimi diqqətə çatdırıb.

M.Bordallo 20 yanvar faciəsi ərəfəsində Azərbaycanda milli azadlıq hərəkatının geniş vüsət aldığını bildirib. O, hərəkatın qarşısını almaq məqsədilə çoxminli sovet qoşunlarının Bakıda kütləvi qətliam törətdiyini bəyan edib. Konqres üzvü bu hadisənin Azərbaycan xalqının müstəqillik mübarizəsini daha da gücləndirdiyini və bu proseslərin ölkəmizin azadlığını əldə etməsi ilə nəticələndiyini vurğulayıb.