Bu gün səhər tezdən “Bakı metropoliteni”nin “Nizami” metrosunda qatar yanıb. Bu iddianı metroda olan şahidlər səsləndirib. Bu gün səhər tezdən “Bakı metropoliteni”nin “Nizami” metrosunda qatar yanıb. Bu iddianı metroda olan şahidlər səsləndirib.

“Nizami” metrosunda qatar yandı

Bu gün səhər tezdən “Bakı metropoliteni”nin “Nizami” metrosunda qatar yanıb. Bu iddianı metroda olan şahidlər səsləndirib.



AZNEWS.AZ-ın əməkdaşı deyib ki, bu gün səhər saat 08.38 radələrində "Dərnəgül" stansiyasına gedən qatar elandan sonra istiqamətini dəyişərək "28 May" stansiyasından "Sahil" stansiyasına gedib.

Sərnişinləri isə "28 May"da yerə düşürüblər. İşə tələsən şəhər sakinləri bunun səbəbini öyrənməyə çalışsalar da buna nail ola bilməyiblər.

Təxminən 10 dəqiqədən sonra qatarın "28 May"dan "Nizami"yə tərəf getməsinə icazə verilib. Metroya minən sərnişinlər bunun səbəbini açıqlayıblar.


Alınan məlumata görə, "Nizami" metro stansiyasında qatar yanıb və tuneldə qalıb. Bu da metroda gecikmələrə səbəb olub.

Hadisə zamanı xəsarət alanlar haqda məlumat verilmir.

Olayın təfərrüatı və hansı səbəbdən baş verdiyi haqda əlavə informasiya veriləcək.