“Maryupolda yaralanan və xəstəxanalara yerləşdirilən 93 nəfərin siyahısını əldə etmişik və hazırda onların arasında azərbaycanlıların olub - olmaması ilə bağlı araşdırma aparırıq”. “Maryupolda yaralanan və xəstəxanalara yerləşdirilən 93 nəfərin siyahısını əldə etmişik və hazırda onların arasında azərbaycanlıların olub - olmaması ilə bağlı araşdırma aparırıq”.

“Maryupolda yaralananların arasında bir nəfər azərbaycanlının olduğunu ehtimal edirik” – Diaspora sədri

“Maryupolda yaralanan və xəstəxanalara yerləşdirilən 93 nəfərin siyahısını əldə etmişik və hazırda onların arasında azərbaycanlıların olub - olmaması ilə bağlı araşdırma aparırıq”.



AzNews.az xəbər verir ki, bu barədə açıqlamanı AZADİNFORM-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov verib.

H.Cavadov bildirib ki, 93 nəfərlik siyahıda 88-ci adamın azərbaycanlı adı və soyadına çox bənzəyən bir nəfər diqqətlərini cəlb edib: "Bu Ələkbərov Asif Roman oğludur (Aliqberov Asif Romanoviç, 30.06.1984 q.r., Mariupolğ, ul.Qonçarova). Bu adamla bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun yerli bölmələri araşdırmalara başlayıb. Yəqin ki, qısa zamanda bu adamın azərbaycanlı olub-olmamasını müəyyən edib əlavə məlumat verəcəyik".