Tarixdə bu gün - 28 yanvar Tarixdə bu gün - 28 yanvar

Ruslar Urmiya şəhərini işğal edib – 187 il öncə

Tarixdə bu gün - 28 yanvar



Çar Rusiyasının qoşunları İranla müharibə (1826-1828) gedişində 1828-ci il yanvarın 28-də Cənubi Azərbaycanın Urmiya şəhərini işğal ediblər.

AZNEWS.AZ xəbər verir ki, bunun ardınca general İvan Paskeviçin başçılıq etdiyi rus qoşunları Ərdəbili də ələ keçirib.

Fevralın 10-da İran Rusiya ilə təslimçi sülh (Türkmənçay müqaviləsi) imzalamağa məcbur olub

1919-cu il yanvarın 28-də isə erməni-daşnak quldur dəstələri Gəncə quberniyasının Zağalı kəndini (indiki Daşkəsən rayonu ərazisində) yandırıb.

1923-cü ilin bu günündə Azərbaycanın ictimai-siyasi və ədəbi fikir tarixində mühüm yer tutan "Azərbaycan" jurnalının ilk sayı çapdan çıxıb.