Tibb elmləri namizədi Rəşid Mahmudov xalq artisti Elmira Şabanovanın oğlu Fuad Şabanovu erməni artistindən kino çəkdiyinə görə ittiham edib. Tibb elmləri namizədi Rəşid Mahmudov xalq artisti Elmira Şabanovanın oğlu Fuad Şabanovu erməni artistindən kino çəkdiyinə görə ittiham edib.

“Rəşid Mahmudov xəstədir” – Xalq artisti

Tibb elmləri namizədi Rəşid Mahmudov xalq artisti Elmira Şabanovanın oğlu Fuad Şabanovu erməni artistindən kino çəkdiyinə görə ittiham edib.



Xalq artisti Elmira Şabanovanın Azərbaycan Tibb Universitetinin dosentinə cavabı isə özünü çox gözlətməyib.

O, AzNews.az-a açıqlamasında Rəşid Mahmudovu xəstə adlandırıb.

"O, neyləsə də bizə böhtan yaraşmır. Görəsən, böhtan atmaqla nə qazanacaq? İstəyirsə, onunla başqa cür danışaq. Həkimdir, getsin insanların sağlamlığına xidmət etsin, yox əgər xəstədirsə, müalicə olunsun", - deyə Xalq artisti vurğulayıb.

E.Şabanova əlavə edib ki, R.Mahmudov insanlara qarşı edilən şər-böhtana görə məhkəmənin varlığını yəqin unudur: "Sənət adamıyam, heç kəsin işinə qarışmıram. Mənim qalmaqallarla işim yoxdur. Böhtanlara görə qayda-qanun, məhkəmə var. Sakit oturmuşam, hamı hər şeyi görür və bilir. Xalqımı və dövlətimi sevirəm".

Qeyd edək ki, Rəşid Mahmudov "Publika.az"a açıqlamasında bildirib ki, xalq artisti Elmira Şabanovanın Rusiyanın televiziya kanalında çalışan oğlu Fuad Şabanov erməni artistindən kino çəkib: "O, həmin filmdə Ələkbər Tağıyevin "Sən gəlməz oldun" mahnısını da erməni bəstəkar Aram Xaçaturyanın adından verib".

Bahar RÜSTƏMLİ
AzNews.az