“Əmək pensiyaları orta hesabla 1 manat 2 qəpik artacaq”. “Əmək pensiyaları orta hesabla 1 manat 2 qəpik artacaq”.

Pensiyalar nə qədər artacaq? - Ekspert

“Əmək pensiyaları orta hesabla 1 manat 2 qəpik artacaq”.



Bunu AzNews.az-a açıqlamasında iqtisadçı alim Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, hər il yanvar ayının 1-dən fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi 2014-cü il üzrə istehlak qiymətləri indeksinə (inflyasiya) uyğun olaraq aparılır:

"Ötən ilin inflyasiya səviyyəsinə uygun olaraq əmək pensiyalarının yalnız sığorta hissəsi 1,4 faiz artırılacaq. 1,4 faizlik artım pensiyaların bütün məbləğinə deyil, yalnız sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğinə şamil olunacaq. Ona görə də əksər pensiyaçılar pensiyalarının artımını qəpiklərlə ifadə edəcək. Çünki ölkədə inflyasiyaının gerçək səviyyəsi yüksək olmasına baxmayaraq, Dövlət Statistika Komitəsi onun aşağı göstərir. Biz bunu alternativ yolla inflyasiya səviyyəsini eyni metodika üzrə hesabladığımız zaman dəfələrlə isbat etmişik".

Q.İbadoğlu 1 yanvar 2015-ci il tarixinədək ölkə üzrə əmək pensiyaçılarının sayının 1 290,1 min nəfər olduğunu deyir: " Həmin tarixə əmək pensiyalarının orta aylıq məbləği 173,4 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 192,3 manat olub. Hesablamalar göstərir ki, indeksləşdirmədən sonra orta hesabla əmək pensiyaları ((173,4 AZN- 100 AZN) x 1,4 %) 1 manat 2 qəpik, yaşa görə pensiyanın məbləği ((192,3 AZN - 100 AZN) x 1,4 %) 1 manat 29 qəpik artacaq".

Bahar RÜSTƏMLİ
AzNews.az