"Prezident İlham Əliyevin ölkə gənclərinə davamlı qayğısı qarşımıza yeni vəzifələr qoyur”. "Prezident İlham Əliyevin ölkə gənclərinə davamlı qayğısı qarşımıza yeni vəzifələr qoyur”.

“Ölkə gənclərinin maraqlarının öyrənilməsi hər zaman prioritet olub”

"Prezident İlham Əliyevin ölkə gənclərinə davamlı qayğısı qarşımıza yeni vəzifələr qoyur”.



AZNEWS.AZ xəbər verir ki, bu sözləri "Demokratik Azərbaycan Naminə" gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud deyib.

DANİB sədri vurğulayıb ki, prezident İlham Əliyevin imzaladığı "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın icrasını Gənclər və İdman Nazirliyi milli mənafelərimizin tələblərinə uyğun şəkildə həyata keçirəcək: "Heydər Əliyev hakimiyyətinin ilk illərindən etibarən ölkə gənclərinin sosial, ictimai, təhsil, humanitar, mədəni və digər sahələr üzrə maraqlarının öyrənilməsi və onların təmin edilməsi üzrə qısa və uzunmüddətli proqramların həyata keçirilməsi hər zaman Azərbaycan dövlətinin fəaliyyətinin prioritetləri sırasında olub".

Elməddin Behbud qeyd edib ki, hazırda bitməkdə olan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması və icrasında gənclər təşkilatları çox fəal şəkildə iştirak edib: "Sevindiricidir ki, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın da bəndlərində gənclər təşkilatları ilə bağlı müvafiq göstərişlər öz əksini tapıb. DANİB adından Azərbaycan gəncliyinə dövlət qayğısını heç zaman əsirgəməyən ölkə başçısına təşəkkürümü bildirirəm. İlham Əliyevin ölkə gənclərinə davamlı qayğısı dövlətçiliyin, milli mənafelərimizin müdafiəsi ilə bağlı gənclər təşkilatlarının qarşısında yeni vəzifələr qoyur".