Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə,

Sabaha olan hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə,

sabah Bakıda və Abşeron yarımadasında havanın buludlu, arabir yağıntılı olacağı, günün ikinci yarısında dəyişkən buludlu keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1-4, gündüz 7-11 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycan rayonlarında havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz əksər rayolar əsasən yağmursuz, ayrı-ayrı yerlər duman olacaq.

Havanın temperaturunun gecə 0-4 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0 dərəcə şaxtadan 5 dərəcəyə qədər isti olacağı gözlənilir.