Azərbaycan Dövlət İqtisad Universitetində birja laboratoriyası yaradılacaq. Azərbaycan Dövlət İqtisad Universitetində birja laboratoriyası yaradılacaq.

İqtisad Universitetində birja laboratoriyası yaradılır

Azərbaycan Dövlət İqtisad Universitetində birja laboratoriyası yaradılacaq.



AzNews.az xəbər verir ki, laboratoriyanın yaradılması universitetin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə imzaladığı təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair anlaşma memorandumu çərçivəsində baş tutacaq.

Tərəflər arasında bağlanmış müqavilənin prioritet məqsədi ali təhsil müəssisəsində qiymətli kağızlar bazarı, onun məhsul və xidmətləri barədə maarifləndirilmə işinin təşkili və tədrisinə dəstək verilməsi, o cümlədən yüksək ixtisaslı kadrların hazırlanmasında əməkdaşlıq etməkdir. Anlaşma çərçivəsində müştərək layihələrin planlaşdırılması və icrası, kapital bazarları üzrə birgə elmi tədqiqatların aparılması, qarşılıqlı kadr mübadiləsi, istehsalat təcrübəsi, elmi-praktik konfrans və seminarların təşkili də mümkün olacaq.

Razılaşma çərçivəsində tələbələrin praktik biliklərə sahib olması üçün ali təhsil müəssisəsində birja laboratoriyası yaradılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramı qəbul edilib. O, Dövlət Proqramı çərçivəsində qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətini, ali təhsil ocaqları ilə sıx əməkdaşlığını yüksək qiymətləndirib.
image description image description image description image description image description image description image description image description image description