Bu gün Milli Teleradio Şurasına sədr seçilib. Bu gün Milli Teleradio Şurasına sədr seçilib.

Nuşirəvan Məhərrəmli yenidən sədr oldu

Bu gün Milli Teleradio Şurasına sədr seçilib.



AzNews.az xəbər verir ki, sədr şuranın bu gün keçirilən iclasında seçilib.

"Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü Məhərrəmov Nuşirəvan Umud oğlu yenidən Milli Televiziya və Radio Şurasının sədri olub.

Qeyd edək ki, MTRŞ Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli Fərmanı ilə yaradılıb. Şuranın yaradılmasında məqsəd televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləməkdir.

Şuranın sədri şura üzvləri tərəfindən seçilir.