Abxaziyanın Suxumi rayonunda rus hərbçiləri Açadar kəmdinə hücum ediblər. Abxaziyanın Suxumi rayonunda rus hərbçiləri Açadar kəmdinə hücum ediblər.

Rus hərbçiləri erməni kəndinə hücum etdi – Yaralılar var

Abxaziyanın Suxumi rayonunda rus hərbçiləri Açadar kəmdinə hücum ediblər.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "abkhazeti.info" saytı yayıb.
Məlumatda deyilir ki, rus hərbçiləri sərxoş vəziyyətdə olub.

Hadisə Qumista çayının sahilində yerləşən ermənilərin yaşadığı kənddə baş verib. Ruslar hərbi zirehli maşınlarla kəndə hücum edərək sakinlərdən pul, qızıl əşyaları götürüblər. Özlərilə gedəndə isə mandarinlə yüklənmiş bir avtomobili özləri ilə aparıblar. Yolda avtomobil xarab olub. Nəticədə ruslar onu qoyub gediblər.

Hücum zamanı 8 ailənin zərər çəkdiyi bildirilir. Ruslar keçirdikləri "əməliyyat" zamanı kənd sakinlərini döyüblər. 76 yaşlı Lyusa Koçaryan ağır vəziyyətdə xəstəxanaya aparılıb.