“Hizbullah” təşkilatı Livanla sərhəddə 15 İsrail əsgərini öldürüb. “Hizbullah” təşkilatı Livanla sərhəddə 15 İsrail əsgərini öldürüb.

“Hizbullah” 15 İsrail əsgərini öldürdü

“Hizbullah” təşkilatı Livanla sərhəddə 15 İsrail əsgərini öldürüb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Livanın "Al-Mayadin" telekanalı yayıb.

Məlumatda deyilir ki, əsgərlərin ölümünə cavab olaraq İsrail ordusu Livanın Şebaa rayonuna 25 artilleriya zərbəsi endirib. Bununla yanaşı İsrail tankları Livanın cənub-şərqinə hücum edib.

İsrail qırıcılarının da havaya qalxdığı deyilir.

Qeyd edək ki, ötən ilin dekabrında İsrailin hərbi təyyarələri "Hizbullah"ın silahla dolu anbarına hücum edib. Həmin vaxt Dəməşq şəhər aeroportunun yaxınlığına da mərmi atılıb.

"Hizbullah" təşkilatı Kanada, ABŞ, İsrail, Misir, Avropa Birliyi, Avstraliiya və Böyük Britaniya tərəfindən terror təşkilatı kimi tanınıb.

Onların məqsədi Livan ərazisində İran kimi islam dövləti yaratmaqdır.