Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan həmyerlimiz, tanınmış ekstrasens-kliniki psixoloq Zirəddin Rzayev yeni mükafat alıb. Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan həmyerlimiz, tanınmış ekstrasens-kliniki psixoloq Zirəddin Rzayev yeni mükafat alıb.

Zirəddin Rzayevə Moskvada mükafat verildi

Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan həmyerlimiz, tanınmış ekstrasens-kliniki psixoloq Zirəddin Rzayev yeni mükafat alıb.



Bu barədə AzNews.az-a Zirəddin Rzayevin özü məlumat verib.



O bildirib ki, səmərəli ictimai fəaliyyətinə görə Rusiyanın nüfuzlu Milli Təhlükəsizlik İctimai Akademiyası Regionlararası ictimai təşkilatının ordeni və xüsusi vəsiqə təqdim olunub. Akademiyanın əsas məqsədi Rusiyada hüquqi dövlət və vətəndaş cəmiyyəti qurulmasına yönəlmiş fəaliyyətlərə yardım etməkdir və "Milli təhlükəsizlik - şəxsiyyətin, cəmiyyətin və dövlətin qorunma vəziyyətidir" şüarını özündə ehtiva edir.

Akademiyanın yaradılması təşəbbüsü Rusiya Federasiyası Prezidenti Administrasiyası Aparatı və RF Təhlükəsizlik Şurası Aparatı tərəfindən dəstəklənib və bəyənilib.
Akademiyanın fəaliyyətinə Rusiya Federasiyasının Prezidenti Administrasiyası tərəfindən hamilik edilir.

Bahar RÜSTƏMLİ
AzNews.az