Rusiya Federasiyası subyektlərindən biri olan Mari El respublikasında öz iş yoldaşını yaralayaraq "Sberbank"a məxsus xidməti maşınla 60 milyon rubl qaçıran inkassator saxlanılıb. Rusiya Federasiyası subyektlərindən biri olan Mari El respublikasında öz iş yoldaşını yaralayaraq "Sberbank"a məxsus xidməti maşınla 60 milyon rubl qaçıran inkassator saxlanılıb.

60 milyon oğurlayan inkassator tutuldu - VİDEO

Rusiya Federasiyası subyektlərindən biri olan Mari El respublikasında öz iş yoldaşını yaralayaraq "Sberbank"a məxsus xidməti maşınla 60 milyon rubl qaçıran inkassator saxlanılıb.


AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Tatarıstan DİN-in mətbuat xidmətindən alınan məlumata görə, polislər inkassator İqor Boqaçenko və onun əlaltısı İya Kostrubini ələ keçiriblər.

Qeyd edək ki, yanvarda Zelenodolsk şəhərində Boqaçenko xidməti silahından açdığı atəşlə həmkarını yaraladıqdan sonra içərisində 60 milyon olan inkassator maşınını qaçırıb.
Tezliklə içərisindəki pulların bir xeyli hissəsi ələ keçirilən maşın tapılıb.

Cinayətkarları qonşu Mari El respublikasında tutublar. Onlardan odlu silah və pul götürülüb.

Qeyd edək ki,"Sberbank" 1 milyon dəyərində quldurların yerinin xəbər verilməsinə görə mükafat təsis etmişdi.


Azər
AzNews.az