Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) ölkə ərazisində gedən müharibə nəticəsində qaçqın və məcburi köçkünlərə yardımı davam edir. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) ölkə ərazisində gedən müharibə nəticəsində qaçqın və məcburi köçkünlərə yardımı davam edir.

UABD Ukraynada 200 nəfər qaçqın və məcburi köçkünə 5 ton yardım göstərib - VİDEO

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) ölkə ərazisində gedən müharibə nəticəsində qaçqın və məcburi köçkünlərə yardımı davam edir.



AZADİNFORM Diaspor TV-yə istinadən xəbər verir ki, UABD Jitmor vilayətində yerləşdirilmiş 80-ni uşaq olmaqla 200 nəfər qaçqın və məcburi köçkünə 5 ton həcmində yardım göstərib. Yardım əsasən meyvə, tərəvəz, ət, balıq, süd məhsulları, uşaqlar üçün şirniyyat və geyimdən ibarətdir.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir vilayəti üzrə nümayəndəsi Rac Qasımov deyib ki, bu insanların adi qida məhsullarına ehtiyacı olduğunu eşidən kimi heç düşünmədən kömək etməyə qərar verdik.

Hazırda təkcə Jitomir vilayətində Ukraynanın müxtəlif ərazilərindən qaçqın düşmüş 6 min nəfər məskunlaşıb.

Xatırladaq ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu bundan əvvəl də dəfələrlə ölkə ərazisində gedən müharibədə vuruşan əsgərlərə humanitar yardım göstərib.