Azərbaycan Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Türkiyədə keçiriləcək. Bu barədə nazirlərin bu gün Aşqabadda keçirilən görüşünün yekunlarına dair birgə Bəyanatda deyilir. Azərbaycan Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Türkiyədə keçiriləcək. Bu barədə nazirlərin bu gün Aşqabadda keçirilən görüşünün yekunlarına dair birgə Bəyanatda deyilir.

Nazirlərin növbəti görüşü Türkiyədə keçiriləcək

Azərbaycan Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Türkiyədə keçiriləcək. Bu barədə nazirlərin bu gün Aşqabadda keçirilən görüşünün yekunlarına dair birgə Bəyanatda deyilir.



AZNEWS.AZ xəbər verir ki, bu məlumatı Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Tərəflər qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq əməkdaşlıq məsələləri üzrə hazırkı üçtərəfli formatda davamlı əsasda görüşlərin keçirilməsinin vacibliyini qeyd ediblər. Bəyanatda həmçinin 2015-ci ildə Türkmənistanda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin sammitinə hazırlığın və keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Qeyd edək ki, ilk görüş 2014-cü ilin 26 may tarixində Bakıda, ikinci görüş isə bu gün Aşqabadda keçirilib.