Bu gün virtual.org saytı Bakıda qanunsuz fəaliyyət göstərən “Murad Farm” MMC-yə aid apteklərin millət vəkili Ülvi Quliyevə aid olduğu barədə məlumat yayıb. Bu gün virtual.org saytı Bakıda qanunsuz fəaliyyət göstərən “Murad Farm” MMC-yə aid apteklərin millət vəkili Ülvi Quliyevə aid olduğu barədə məlumat yayıb.

“Bu böhtanlar məni məhkəməyə müraciət etməyə məcbur edir”

Bu gün virtual.org saytı Bakıda qanunsuz fəaliyyət göstərən “Murad Farm” MMC-yə aid apteklərin millət vəkili Ülvi Quliyevə aid olduğu barədə məlumat yayıb.

Deputat Ülvi Quliyev isə Modern.az-a bildirib ki, 2002-ci ildən bun yana əczaçılıq işi ilə məşğul deyil: "Mən tələbəlik illərindən sonra bu sahə ilə mşğul olmuşam. Ancaq 2002-ci ildə dövlət işinə təyin oldunduqdan sonra biznes işindən kənarlaşmalı oldum".

O, deyib ki, bizneslə məşğul olduğu zaman "Loğman-Farm" ona məxsus olub: "Çox təəssüf edirəm ki, bizim bəzi jurnalistlər əldə etdikləri xəbəri ya dəqiqləşdırmirlər, ya da sifariş yerinə yetirirlər. Bundan bütövlükdə cəmiyyət əziyyət çəkir. Paralel olaraq jurnalistikanın imici aşağı düşür.

Diqqət edin, millət vəkili ilə bağlı ittihamlar irəli sürülür, ancaq onun mövqeyini öyrənmirlər, Sonra da yazırlar ki, mənimlə əlaqə saxlaya bilməyiblər.
Azərbaycan hüquqi dövlətdir. Burada hər şey qanunlarla tənzimlənir. Çox təəssüf edirəm ki, bu kimi böhtanlar məni məhkəməyə müraciət etməyə məcbur edir".

Ülvi Quliyev sonda apteklərlər bağlı Səhiyyə Nazirliyinin apardığı monitorinqi müsbət qiymətləndirib.