Ukraynada ordusunda separatçılara qarşı döyüşən azərbaycanlı hərbçi həlak oldub. Ukraynada ordusunda separatçılara qarşı döyüşən azərbaycanlı hərbçi həlak oldub.

Azərbaycanlı hərbçi həlak oldu- VİDEO

Ukraynada ordusunda separatçılara qarşı döyüşən azərbaycanlı hərbçi həlak oldub.


Ukraynada yaşayan soydaşlarımızın ANS PRESS-ə verdiyi məlumata görə, həmyerlimiz Bəşirov Tahirin Luqansk vilayətində separaatçılarla gedən döyüşlərdə həlak olduğu bildirilir.

Ukrayna ordusunda xidmət edən 30 yaşlı Tahir Bəşirovun minaya düşdüyü bildirilir. Soydaşımız bu gün Kiyev şəhərində dəfn olunub.

Məlumata görə, dəfn mərasimində Ukraynanın rəsmi nümayəndələri ilə yanaşı, bu ölkədə yaşayan azərbaycanlılar da iştirak edib.

ANS PRESS-in əldə etdiyi məlumata görə, son döyüşlərdə daha bir azərbaycanlı hərbçi yaralanıb. Hazırda həmin şəxsin kimliyi ilə bağlı araşdırmalarımız davam edir.

Əlavə məlumat veriləcək.

Ukraynada yaşayan soydaşlarımızın ANS PRESS-ə göndərdiyi video və fotonu sizə təqdim edirik.