İtaliya parlamenti 12-ci prezidentini seçmək üçün ilk tur səsverməsini həyata keçirib. İtaliya parlamenti 12-ci prezidentini seçmək üçün ilk tur səsverməsini həyata keçirib.

İtaliyada ilk turda prezident seçilmədi

İtaliya parlamenti 12-ci prezidentini seçmək üçün ilk tur səsverməsini həyata keçirib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Cihan" agentliyi yayıb.
Yerli vaxtla saat 15:15-də başlayan səsvermə prosesi yekunlaşıb və heç bir namizəd yetərli səs toplaya bilməyib.

Demokrat Partiyasının lideri və Baş Nazir Matteo Renzinin vahid namizədi olaraq irəli sürülən Sergio Mattarella digər partiyalardan dəstək ala bilməyib. Bu baxımdan onun adı ilk turda səsverməyə daxil edilməyib.

538 parlamentin səs verdiyi ilk turda "5 Ulduz Hərəkatı"nın birinci namizədi Ferdinando İmposimato 120, keçmiş baş nazir Romano Prodi yalnız 9 səs alıb.
Seçkinin ilk turundan bir nəticə olmadığı üçün sabah iki tur daha səsvermə keçiriləcək və yeni prezident təyin olunacaq.

Əgər baş nazir Renzinin təqdim etdiyi yeganə namizəd kifayət qədər dəstək alsa, yeni prezidentin şənbə günü vəzifəyə gəlməsi gözlənilir.