Futbol üzrə İspaniya kubokunda 1/4 finalın cavab oyunlarına yekun vurulub. Futbol üzrə İspaniya kubokunda 1/4 finalın cavab oyunlarına yekun vurulub.

İspaniya kubokunda yarımfinalçılar bəlli oldu

Futbol üzrə İspaniya kubokunda 1/4 finalın cavab oyunlarına yekun vurulub.



AZNEWS.AZ Qol.az-a istinadən xəbər verir ki, son matç günündə daha 3 qarşılaşma keçirilib.

Səfərdə "Hetafe"yə 1:0 hesabı ilə qalib gələn "Vilyareal" yarımfinala adlayıb. "Atletik" (Bilbao) klubu evdə "Malaqa"nı eyni hesabla üstələyib - 1:0.

"Sevilya" doğma meydanda "Espanyol"u qonaq edib. Səfərdə rəqibinə 1:3 hesabı ilə uduzan "Sevilya" evdə həmin məğlubiyyətin əvəzini çıxa bilməyib. Meydan sahibləri 1:0 hesabı ilə qələbə qazansa da, bu yarımfinala yüksəlmək üçün yetərli olmayıb.

Qeyd edək ki, "Barselona"nın ardından "Vilyareal", "Atletik" və "Espanyol" klubları yarımfinalda oynamaq hüququ əldə edib. Bu mərhələdə "Barselona" "Vilyareal", "Atletik" isə "Espanyol"la qarşılaşacaq.

29 yanvar
İspaniya kuboku, 1/4 final cavab oyunu

"Hetafe" - "Vilyareal" - 0:1
Qol: Moreno, 78 (0:1)
(İlk oyun - 0:1)

30 yanvar
"Atletik" (Bilbao) - "Malaqa" - 1:0
Qol: Aduriz, 48 (1:0)
(İlk oyun - 0:0)

"Sevilya" - "Espanyol" - 1:0
Qol: Fiqueyras, 88 (1:0)
(İlk oyun - 1:3)