ABŞ-ın Dövlət Katibi Con Kerri 50 dollar cərimə edilib. ABŞ-ın Dövlət Katibi Con Kerri 50 dollar cərimə edilib.

Con Kerri 50 dollar cərimə edildi

ABŞ-ın Dövlət Katibi Con Kerri 50 dollar cərimə edilib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Associated Press" agentliyi yayıb.

Məlumatda deyilir ki, Con Kerriyə bu cərimə Massaçusets ştatının Boston şəhərindəki evinin qarşısında yığılıb qalan qarı təmizləmədiyinə görə kəsilib.

Bir neçə gün öncə Boston şəhərinə yarım metr hündürlüyündə qar yağıb. Şəhər meri Martin Uolş bununla bağlı sakinlərə deyib ki, hər kəs öz evinin qarşısını təmizləsin.
Həmin vaxt isə Con Kerri ABŞ prezidenti Barak Obama ilə Səudiyyə Ərəbistanında səfərdə olub. O, evə qayıdanda 50 dollarlıq cərimə çekini görüb.


Con Kerrinin mətbuat katibi Qlen Conson bildirib ki, cərimə tezliklə ödəniləcək.