“Hər bir məhbusun müraciət etmək hüququ var və Lamiyə Quliyeva bu hüququndan istifadə etməlidir”. “Hər bir məhbusun müraciət etmək hüququ var və Lamiyə Quliyeva bu hüququndan istifadə etməlidir”.

Lamiyə Quliyeva ev dustaqlığına çıxa bilərmi?

“Hər bir məhbusun müraciət etmək hüququ var və Lamiyə Quliyeva bu hüququndan istifadə etməlidir”.



Bu sözləri Axar.az-a "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlinə görə 10 il azadlıqdan məhrum edilmiş və yaxınlarda məhbəsdə övlad dünyaya gətirmiş Lamiyə Quliyevanın taleyi ilə bağlı danışarkən deyib.

M.Zeynalova qeyd edib ki, L.Quliyevanın vəkili onunla bağlı addım atmalıdır:
"Lamiyə xanımın cinayət işi ilə yaxından tanış olub onunla görüşmək lazımdır. Penitensiar xidmətin öz qaydalari olduğundan, ora yalnız Ədliyyə Nazirliyinə müraciət edən təşkilatlar daxil ola bilər. Bizim təəssüf ki, Ədliyyə Nazirliyinə indiyə qədər hər hansısa məsələ ilə bağlı müraciətimiz olmayıb. Məhbuslarla iş praktikamız olmadığı üçün Lamiyə xanımla bağlı da hər hansısa addım ata bilmirik. Bəzi təşkilatlar var ki, sırf bu işlə məşğuldur. Düşünürəm ki, hər bir məhbusun müraciət etmək hüququ olduğunu nəzərə alaraq, Lamiyə xanım da bu hüququndan istifadə etməlidir. Onun vəkili də var və vəkili bu müraciətlərini konkret instansiyalara ötürə bilər".

L.Quliyevanın sonrakı taleyinə gəlincə isə İB sədri ona lazımi bütün köməklikləri etməyə hazır olduqlarını bildirdi:
"Lamiyə xanım məhbəsdən çıxdıqdan sonra bir təşkilat olaraq biz onun cəmiyyətə inteqrasiyası üçün əlimizdən gələni edəcəyik".

Hüquq müdafiəçisi Elçin Behbudov isə qeyd edir ki, Lamiyə Quliyevanın ona qanunla kəsilən cəzanı tam çəkmədən azadlığa çıxması qeyri-mümkündür. Bununla bağlı hətta müraciət olsa belə sonuna qədər cəzasını çəkməlidir:
"O, törətdiyi cinayət əməlindən qanunla heç bir halda azad oluna bilməz. Bildiyimə görə, Lamiyə cəza çəkdiyi müddətdə ciddi qanun pozuntusuna yol verdiyi üçün 10 il cəza müddəti bitdikdən sonra da əlavə olaraq 5 il cəza alıb. O, bu cəzadan ancaq məhkəmə yolu azadlığa çıxa bilər. Ancaq heç bir halda onun ana olması və cəzasının böyük hissəsini həbsdə yatması səbəbilə azadlığa buraxıla bilməz. Təkcə azadlığa deyil, ev dustaqlığına da buraxılması mümkün deyil. Həbsdə istənilən insan dünyaya uşaq gətirə bilər və ya həbsdəki bir kişi ata ola bilər. Bu mümkündür. Ancaq bu o demək deyil ki, övlad dünyaya gətirən məhbus ana azadlığa buraxılmalıdır".

Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən L.Quliyeva və nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. L.Quliyeva türmədə ikən CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə təkrar ittiham olunub və cəzası 5,6 il artırılıb.

Lamiyə Quliyeva mövzusu 2014-cü il oktyabrın 16-da türmədə övlad dünyaya gətirməsindən sonra yenidən aktuallaşıb.