“Rusiya 2018-ci ildə keçiriləcək futbol üzrə Dünya Kuboku xərclərini 10 faiz azaldacaq”. “Rusiya 2018-ci ildə keçiriləcək futbol üzrə Dünya Kuboku xərclərini 10 faiz azaldacaq”.

Rusiya 2018 Dünya Kuboku xərclərini 10 faiz azaldacaq

“Rusiya 2018-ci ildə keçiriləcək futbol üzrə Dünya Kuboku xərclərini 10 faiz azaldacaq”.



AZNEWS.AZ xəbər verir ki, bu sözləri Rusiyanın idman naziri Vitali Mutko deyib.
Neft qiymətlərinin aşağı düşməsi və rublun dollar qarşısında dəyər itirməsi Rusiyanın ev sahibliyini edəcəyi 2018 Dünya Çempionatının hazırlıqlarınada mənfi təsir edib.
Jurnalistlərin suallarını cavablandıran Mutko "Hər layihədə təxminən 10 faiz azalma olacaq. Bütün stadion tikintilərində istifadə edilən materialların 25 faizi idxal edilir. Təəssüf ki, onlara alternativimiz yoxdur. Bu baxımdan stadionların tikintisi zamanı xərclərimiz 25-30 faiz artacaq" sözlərini deyib.

Qeyd edək ki, 2018 Dünya Kuboku 14 iyun-15 iyul tarixləri arasında keçiriləcək.
Qarşılaşmalar Moskva, Sankt-Peterburq, Samara, Saransk, Rostov, Soçi, Kazan, Kalininqrad, Volqoqrad, Nijniy Novqorod və Yekaterinburq şəhərlərində oynanacaq.

Yarımfinal matçları Moskva və Peterburqda, final matçı isə yenə də Moskvada baş tutacaq.