Dağlıq Qarabağda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində pilotsuz uçuş aparatlarından istifadə təxribatdır. Dağlıq Qarabağda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində pilotsuz uçuş aparatlarından istifadə təxribatdır.

Uorlik vurulan erməni təyyarəsindən danışdı

Dağlıq Qarabağda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində pilotsuz uçuş aparatlarından istifadə təxribatdır.



AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün "Tvitter" sosial şəbəkəsindəki mikrobloqunda yazıb.

Uorlik qeyd edir ki, tərəflər qoşunların təmas xəttində gərginliyi azaltmalıdırlar.

Xatırladaq ki, dünən saat 14:00 radələrində Azərbaycan HHQ cəbhənin Ağdam istiqamətindəki Azərbaycan mövqeləri üzərində Ermənistan SQ-yə məxsus pilotsuz uçuş aparatını məhv ediblər.