Böyük Britaniya yazıçısı Salman Rüşdinin yeni romanı sentyabr ayında işıq üzü görəcək. Böyük Britaniya yazıçısı Salman Rüşdinin yeni romanı sentyabr ayında işıq üzü görəcək.

Salman Rüşdi yeni roman yazdı

Böyük Britaniya yazıçısı Salman Rüşdinin yeni romanı sentyabr ayında işıq üzü görəcək.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Publishers Weekly" nəşri yayıb.

Məlumatda deyilir ki, "İki il, 8 ay və 28 gecə" adlı roman "Random House" nəşriyyatı tərəfindən dərc ediləcək.

"Roman bu günümüzün reallıqlarına həsr edilib. Burada tarix, mifologiya və dünyanı canlandıran gözlənilməz məhəbbət bir vəhdətdə birləşib", - deyə nəşriyyatdan bildiriblər.

Salman Rüşdinin 2012-ci ildə çıxan son romanı "Jozef Anton" adlanır. Ümumilikdə isə yazıçının 11 kitabı çap edilib. Onun 1981-ci ildə dərc edilən "Uşaqlığın gecəsi" romanı "Buker" mükafatı alıb.

Yazıçı "Charlie Hebdo" satirik jurnalındakı olaydan sonra isə çıxış edərək bu jurnalı dəstəklədiyini vurğulayıb.

Qeyd edək ki, hind əsilli ingilis yazıçısı Salman Rüşdi 1947-ci il iyun ayının 19-da Hindistanın Bombey şəhərində biznesmen ailəsində anadan olub. 1961-ci ildə təhsil almaq üçün İngiltərəyə yollanıb. 1964-cü ildə Böyük Britaniya vətəndaşlığını alıb.
Kembric Uniiversitetinin tarix fakültəsini bitirib. İlk əsəri 1975-ci ildə yazdığı "Qrimus" romanıdır. 1988-ci ildə yazdığı Qurandan bəhs edən "Şeytanın ayələri" kitabı müsəlman dünyasında qəzəblə qarşılanıb. Kitab Hindistan və Cənubi Afrika Respublikasında qadağan edilib. 1989-cu ildə Ayətullah Xomeyni yazıçının ölümünə fətva verib.

16 iyun 2007-ci ildə II Yelizaveta Salman Rüşdini cəngavər tituluna layiq görüb. 26 iyun 2008-ci ildə Londonun Bukingem sarayında Kraliça şəxsən cəngavər titulunu Salman Rüşdiyə təqdim edib.