Goranboy rayon icra başçısının müavini Baxış Abdullayevin vəzifəsindən azad edilməsinin bəzi detalları üzə çıxıb. Goranboy rayon icra başçısının müavini Baxış Abdullayevin vəzifəsindən azad edilməsinin bəzi detalları üzə çıxıb.

İşdən çıxarılan müavin Bakıya vəzifəyə gətirilir?

Goranboy rayon icra başçısının müavini Baxış Abdullayevin vəzifəsindən azad edilməsinin bəzi detalları üzə çıxıb.


İcra Hakimiyyətindən AzNews.az-a verilən məlumata görə, o, öz ərizəsi ilə işdən azad edilib və bu, qəfildən olub.

Məlumata görə, Baxış Abdullayev Yeni Azərbaycan Partiyasının dünən Goranboyda keçirilən tədbirində yaxından iştirak edib. Tədbirdən qayıdandan sonra isə işdən çıxması üçün ərizə yazıb.

İddiaya görə Baxış Abdullayev yaxın vaxtlarda paytaxtda başqa bir vəzifəyə gətiriləcək. İcra hakimiyyətində tutduğu vəzifədən də buna görə istefa verib.


Başqa bir məlumata görə isə icra başçısının müavini bir müddətdir ki, səhhəti ilə bağlı problem yaşayıb. B. Abdullayevin işdən səhhətinin pisləşməsi ilə əlaqədar çıxdığı da istisna edilmir.

Nigar