Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzNews.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzNews.az-a verilən məlumata görə,

Fevral ayına olan hava proqnozu açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzNews.az-a verilən məlumata görə,

aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 2-4 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr 2-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı ehtimalı var. Gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 15-18 dərəcə isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-24 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında temperaturun orta aylıq 0-5° şaxta gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr 3-8° şaxta, bəzi günlərdə 15-20° şaxta təşkil edəcək. Gündüzlər 9-14° isti, bəzi günlərdə 3° şaxtadan 2°-dək isti, ayın ikinci yarısının bəzi günlərində 16-18° isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 11-29 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xoçalı həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 3° şaxtadan 2°-dək isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 0-5° şaxta, bəzi günlərdə 10-15° şaxta təşkil edəcək. Gündüzlər 7-12° isti, bəzi günlərdə 0-5° şaxta, ayın ikinci yarısının ayrı-ayrı günlərində 13-16° isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 25-35 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 2-4° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 0-5° isti, bəzi günlərdə 3-6° şaxta təşkil edəcək. Gündüzlər 7-12° isti, bəzi günlərdə 3° şaxtadan 2°-dək isti, ayın ikinci yarısının bəzi günlərində 15-17° isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 15-36 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən,
Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
orta aylıq temperaturun
Orta aylıq 1° şaxtadan 3°-dək isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 2-7° şaxta, bəzi günlərdə 0-5° isti təşkil edəcək. Gündüzlər 6-11° isti, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 14-17° isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 24-55 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 3-5° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 2-7° isti, bəzi günlərdə 3° şaxtadan 2°-dək isti təşkil edəcək. Gündüzlər 9-14° isti, bəzi günlərdə 0-5° isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 16-19° isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasın yaxın (norma 21-35 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında temperaturun orta aylıq 2-5° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 2-7° isti, bəzi günlərdə 1-3° şaxta, dağlarda 7-12° şaxta təşkil edəcək. Gündüzlər 8-13° isti, bəzi günlərdə 0-3° isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 16-19° isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 44-105 mm) olacağı gözlənilir.