Gəncə şəhəri, 3-cü mikrorayon, ev 12 B, mənzil 26-da kirayə yaşayan 1995-ci il təvəllüdlü Qocayev Fariz Hafiz oğlu Aktual.az-a göndərdiyi məktubunda qeyd edir ki, “Muğanbank” ASC ailələrini çətin duruma salıb: Gəncə şəhəri, 3-cü mikrorayon, ev 12 B, mənzil 26-da kirayə yaşayan 1995-ci il təvəllüdlü Qocayev Fariz Hafiz oğlu Aktual.az-a göndərdiyi məktubunda qeyd edir ki, “Muğanbank” ASC ailələrini çətin duruma salıb:

“Bizi “Muğanbank“ın fırıldaqlarından xilas edin“ - Müflisləşən ailənin harayı

Gəncə şəhəri, 3-cü mikrorayon, ev 12 B, mənzil 26-da kirayə yaşayan 1995-ci il təvəllüdlü Qocayev Fariz Hafiz oğlu Aktual.az-a göndərdiyi məktubunda qeyd edir ki, “Muğanbank” ASC ailələrini çətin duruma salıb:



"Ötən il dövlət başçısına, özümün və ailəmin üzləşdiyi problemlərlə bağlı yazdığım müraciətdə məlumat vermişdim. Qeyd etmişdim ki, atam Hafiz Məmmədəli oğlu Qocayev Gəncə şəhərində və Gəncə-Çonabdallı magistral yolunun sağ və sol tərəflərində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün "Muğanbank" ASC-dən kredit götürmüş və bank fırıldaqları ilə müflisləşdirilmişdir. Bu səbəbdən də mənim xəstəliyimin müalicəsi yarımçıq qalmış, ailəlikcə bütün varidatımızı itirmişik. Atam bu gün də borc içindədir və kirayədə qaldığımız evdən çıxarılmaq təhlükəsi ilə üz-üzəyik. "Muğanbank" atamı növbəti dəfə aldatmış və hazırda fevral ayının 2-ə qədər bizdən mənimsənilən və icarə müqaviləsi ilə atama verilən mağazanı boşaltmağımızı tələb edir. Atam bankın sahibi, millət vəkili Əhməd Vəliyevlə 19 dekabr 2014- cü ildə bir daha görüşüb və o, atama yardım edəcəyini bildirsə də, heç bir köməklik göstərməyib".

Fariz Qocayev qeyd edir ki, atası borcu ödəməsi üçün xaricə gedib işləməsinə belə, qadağa qoyulub. "Muğanbank" isə ailəyə hədə-qorxu gəlir: "Bu gün atam bankın mülkiyyətində olan mağazanı işlətsə də, hamıya, bank rəhbərliyinə də bəllidir ki, o mağaza, nəinki, onların borclarını verəcək gücdə deyil, heç bizim aylıq kirayə borcumuzu belə ödəyə bilmir. Atam uzun illərin təcrübəli mühafizə rəisi olmasına baxmayaraq, Gəncədə iş tapa bilmir. Bank kreditləri ilə yanaşı, işləri yoluna qoymaq üçün fiziki şəxslərdən alınan borclar altında da əzilməkdədir. Bu gün mən xəstəliyimlə mübarizə aparım, yoxsa hər gün qapımızı döyüb ailəmi təhdid edərək, borcunu istəyənləri dinləmək dilemması qarşısında qalmışam. Nə mənim, nə ailəmin dövlət qurumlarına yardım müraciətlərimizə baxılmır. Bank isə növbəti dəfə bizi küçəyə atmaqla hədələyir.

Xahiş edirəm ki, yaşıdlarından fərqli olaraq, ömrünü xəstə yatağında keçirən gəncə, yəni mənə yardımçı olun. Mənimlə yanaşı qardaşlarımdan biri - Elvin Türkiyədə təhsilini bu səbəbdən bitirə bilmir. Kiçik qardaşım Məhəmmədin 9 yaşı var və bu yaşında onun bu zülmü yaşamasına imkan verməməyinizi rica edirəm. Bizim evimizin gəlir gətirəni təkcə atamızdır. Ailəmi məhv edən bank fırıldaqlarının həllində, işsiz atamın bizim qarşımızda hər keçən gün əriməsinə izn verməyin".

Hafiz Qocayevlə əlaqə saxladıq. O, Aktual.az-a bildirib ki, 2012-ci ildə sahibkarlıqla məşğul olmaq üçün "Muğanbank"dan kredit götürüb. 1 il ərzində hər ay bankın faizlərini ödəyib. 2013-cü ildə müflisləşib. Ailəsinin yeganə gəlir mənbəyi olan obyekti "Muğanbank" tərəfindən əlindən alınıb. Sonradan "Muğanbank" həmin obyekti icarə müqaviləsi əsasında Hafiz Qocayevə aylıq 1000 AZN ödəmək şərti ilə icarəyə verib.

Müsahibimiz qeyd edib ki, aylıq gəliri icarədən qat-qat aşağı olduğu üçün bu məbləği ödəyə bilmir. Hazırda ailəsi çox çətin durumdadır.

Yazıda adları çəkilən tərəflərin də mövqeyini dərc etməyə hazırıq...