“Sanksiyaların uzadılması Rusiyaya lazımdır” “Sanksiyaların uzadılması Rusiyaya lazımdır”

Rusiyaya qarşı sanksiyalar nə vəd edir? – Politoloqlar danışır

“Sanksiyaların uzadılması Rusiyaya lazımdır”


"Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalar əslində, bu ölkələrinin də maraqlarına ziddir"

AzNews.az xəbər verir ki, bu sözləri Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Rusiyaya tətbiq olunan sanksiyaların vaxtının uzadılmasına münasibət bildirərkən deyib.



Politoloqun sözlərinə görə, sanksiyalar Qərb ölkələrinə də iqtisadi ziyan vurur.
"Amma son günlər avronun məzənnəsinin dollara nisbətdə düşməsi və Avropa ixracının həcminin və qərb mallarının rəqabət qabiliyyətinin artması sözügedən ölkələrin itkilərini xeyli dərəcədə kompensasiya etmiş olur", - deyə Ərəstun Oruclu vurğulayıb.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, sanksiyaların uzadılması üçün şəraiti çox güman ki, elə Rusiyanın özü yaradıb: "Bəlkə bununla rəsmi Moskva daxili səfərbərliyi öyrənmək istəyir. Əks halda sanksiyanın bitmə müddətinin yaxınlaşdığı bir vaxtda Rusiya Krıma quru yol açmaq cəhdini etməzdi".



Politoloq Hikmət Hacızadə isə Qərbin bütün çətinliklərə rəğmən qətiyyətli olduğunu düşünür: "Bu addım Qərbin Rusiyanın təcavüzünə qarşı inadını göstərir. Görünür, Rusiya sanksiyaların aradan qaldırılması üçün lazım olan şərtlərə əməl etməsə, Qərbin bu mübarizəsi davamlı olacaq".

Nigar
AzNews.az