"Kobanidə sadəcə kürdlər üçün deyil, bütün insanlıq üçün müharibə aparılıb. Cəbhədə ratsiya ilə türkcə danışırıq. Bunu fərq edən İŞİD-lilər dalğaya girib bizimlə türkcə danışmağa çalışırdı". "Kobanidə sadəcə kürdlər üçün deyil, bütün insanlıq üçün müharibə aparılıb. Cəbhədə ratsiya ilə türkcə danışırıq. Bunu fərq edən İŞİD-lilər dalğaya girib bizimlə türkcə danışmağa çalışırdı".

İŞİD türkcə bizdən “Sizin burada nə işiniz var?” deyə soruşdu

"Kobanidə sadəcə kürdlər üçün deyil, bütün insanlıq üçün müharibə aparılıb. Cəbhədə ratsiya ilə türkcə danışırıq. Bunu fərq edən İŞİD-lilər dalğaya girib bizimlə türkcə danışmağa çalışırdı".



AZNEWS.AZ xəbər verir ki, bu sözləri Kobanidə YPG ilə birlikdə döyüşən türkiyəlilər deyib.

Türklər Birləşmiş Azadlıq Qüvvələrinin (BAQ) tərkibində döyüşürlər. Bu qurum deyilənə görə Kobanidə yaradlıb və tamamilə türklərdən ibarətdir.

Onlar ön cəbhə də daxil olmaqla şəhərin müxtəlif nöqtələrində təxminən dörd aydır ki, İŞİD-ə qarşı vuruşurlar.

Öz xatirələrini "Radikal"a danışan döyüşçülər bu gün Kobanidə olduqlarını deyirlər: "Bura tamamilə azad olunduqdan sonra Suriyanın müxtəlif bölgələrinə gedərək döyüşümüzə davam edəcəyik".

TÜRKLƏR NİYƏ KOBANİDƏ VURUŞUR?

BAQ-ın Kobanidə qurulduğunu deyən döyüşçülər sözlərinə bu şəkildə davam edir: "Bu döyüşçülər Necdet Ardalı, Talat Türkoğlu və Taner Ardalının davamçılarıdır. Edam edilən Necdət Ardalı son sözündə "Rədd olsun müstəmləkəçilik, yaşasın kürd və türk xalqlarının qardaşlığı" sözlərini deyib. İndi də tarixi vəzifəmizi yerinə yetirmək, buradakı inqilabı müdafiə etmək və bu inqilabı öyrənmək üçün buradayıq. Bir çox sahədə vəzifə aldıq. Kobaninin azad edilməsi üçün YPG və xalqla bərabər mübarizə apardıq. Hazırda yalnız Kobanidəyik. Ancaq yaxında qüvvələrimiz Şengal və Əlcəzair bölgəsinə də yayılacaq".

"QARA DƏNİZDƏN, BOLQARISTANDAN GƏLMİŞİK

Kobanidə döyüşməyin çətin olduğunu söyləyən BAQ-ın üzvləri Kobanidə necə yaşadıqlarını belə açıqlayır: "Kobaniyə ilk gələndə burada daha əvvəl görmədiyimiz bir vəziyyət vardı. Cəbhədə həyat qaydalarına alışmaq çox çətin oldu. Xüsusilə qaranlıqda mübarizə etmək bizə çətin gəldi. Ancaq sonunda alışdıq. Burada hər sahədə vəzifə alırıq. Toqquşma və top atışları zamanı xeyli yoldaşımız yaralandı. Ancaq biz burada olduğumuz üçün Kobani xalqından müsbət reaksiyalar görürük. Burada göstərdiyimiz həmrəylik çox əhəmiyyətlidir. Bizim burada olmağımız Kobanidə döyüşən digər güclər üçün də ruh yüksəkliyini qaldırdı. Aramızda Qara dənizdən, Bolqarıstandan gələn dostlar var. Hücumlar davam etdiyi müddətdə burada olacağıq. Buradakı varlığımızı Türkiyədə hamı bilir".

İŞİD BİZİMLƏ TÜRKCƏ DANIŞIRDI

Kürd dilində bilmədikləri üçün cəbhədə bəzi sıxıntılar yaşadıqlarını, hətta İŞİD-in yaraqlılarının onlarla ratsiya yolu ilə ünsiyyətə keçdiyini söyləyən bir BAQ üzvü yaşadığı maraqlı bir hadisədən danışır: "Cəbhədə YPG güclərilə ratsiya ilə danışırıq. Ancaq kürd dilində bilmədiyimiz üçün türkcə anons edirik. Bir gün dalğamıza daxil olan İŞİD üzvləri bizimlə türkcə danışmağa başladı. Bizə "Sizin burada nə işiniz var?" şəklində suallar verdi. Biz Kobanidəki varlığımızı açıqlayanda İŞİD-in yayım saytları bizi hədəf almağa başladı. Hətta bir nəşrlərində, "kafir təşkilatlar bizə qarşı döyüşməyə gəldi" sözlərini dedilər".

BEŞ SANİYƏLİYİNƏ MÜHARİBƏDƏ OLDUĞUMU UNUTDUM

İŞİD-in cəbhələrdə heyvanları da qətlə yetirdiyini bildirən bir BAQ üzvü şahidi olduğu bir hadisəni belə söyləyir: İŞİD axşamlar heyvanların boynuna işıq taxıb cəbhəyə buraxırdı. Bu şəkildə YPG qüvvələrinin taktikalarını və həssaslığını ölçməyə çalışırdılar. Artilleriya hücumları edildikdə mərmilər yerə düşməzdən əvvəl quşların qanad çalmasına bənzər bir səs yayılır. O səsi eşidəndə özümüzü yerə atmaq məcburiyyətində qalırıq. Bir gün bir neçə dəfə üst-üstə toplardan atəş açıldıqda özümüzü yerə atdıq. Bir dəfə səs gəldi, amma mərmi yerə düşmədi. Başımı qaldırıb göy üzünə baxınca qanad çalan bir neçə göyərçin gördüm. 5 saniyəliyinə müharibədə olduğumu unudub göyərçinləri izləməyə başladım".