Bərdədə Xalçaçılıq fabrikində yanğın baş verib. Bərdədə Xalçaçılıq fabrikində yanğın baş verib.

Xalçaçılıq fabrikində yanğın oldu

Bərdədə Xalçaçılıq fabrikində yanğın baş verib.



AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bərdə şəhərində üçmərtəbəli Xalçaçılıq fabrikinin məcburi köçkünlərin məskunlaşdığı 2-ci mərtəbəsində, ümumi sahəsi 44 kv.m olan iki otağın taxtadan ibarət arakəsməsi 12 kv.m, pəncərə çərçivəsi 1,5 kv.m və ev əşyaları 20 kv.m sahədə yanıb. Yüksək temperaturdan ümumi sahəsi 15 kv.m olan ümumi dəhlizin lambirdən ibarət divar üzlüyü 8 kv.m sahədə əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər bina sakini təxliyə edilib. Otağın və dəhlizin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.