Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Həbib Şahbazlı tutulub. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Həbib Şahbazlı tutulub.

Soyğunçuluq edənlər ələ keçirildi - SİYAHI

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Həbib Şahbazlı tutulub.



AZNEWS.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Həbib Şahbazlı Baş Cinayət-Axtarış İdarəsi əməkdaşları tərəfindən ələ keçirilib.
Sumqayıtda isə şəhər Məhkəməsi Tahir Ağayevi inzibati qaydada həbs edib.
Araşdırmalar nəticəsində məlum olub ki, o, soyğunçuluq yolu ilə Nabat Xalıqovanın 100 manatını və məişət əşyasını, Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Ələviyyə Qurbanovaya zor tətbiq edərək 50 manat və 100 ABŞ dollarını, habelə mobil telefonunu və sənədini əlindən alıb.

Narkotik vasitə ilə tutulan Mehman Novruzovun digər cinayət əməli də müəyyən edilib. Ətrafında aparılan əməliyyat tədbirləri ilə məlum olub ki, o, Sumqayıt şəhər sakini F.Qasımovanın çantasından 119 manatını və sənədini oğurlayıb.

Nəqliyyat vasitəsini qaçırdığına görə isə Kamran Mürsəlov tutulub. Aşkar edilib ki, onun ötən il oktyabrın 10-da Vahid Şıxbabayevə məxsus "VAZ-2105" markalı avtomobili də qaçırıb, oktyabrın 28-də Səfər Xəlilova məxsus "TOFAŞ" markalı avtomobildən səsgücləndiricilər və sənəd, habelə avtomobilin dövlət qeydiyyat nişanını oğurlayıb.