8 yaşlı Kamilla Lisanti xərçəng xəstəliyindən müalicə edilməyin sadə üsulunu tapıb. 8 yaşlı Kamilla Lisanti xərçəng xəstəliyindən müalicə edilməyin sadə üsulunu tapıb.

8 yaşlı qız xərçəngin dərmanını tapıb?

8 yaşlı Kamilla Lisanti xərçəng xəstəliyindən müalicə edilməyin sadə üsulunu tapıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "The Independent" nəşri yayıb.

Məlumatda deyilir ki, Mançester universitetində xərçəng xəstəliyinin araşdırılması ilə məşğul olan valideynlər şam yeməyi zamanı 8 yaşlı qızları Kamillaya "Xərçəng xəstəliyini necə müalicə edə bilərsən" sualını veriblər. Cavab isə gözləndiyindən də sadə və qısa olub: "Antibiotiklərlə".

Valideynlər Kamillanın bu cavabına öncə önəm verməyiblər, ancaq laboratoriya şəraitində bunu sınaqdan keçirəndə az qala şoka düşüblər və görüblər ki, apteklərdə satılan ən ucuz antibiotiklər xərçəng hüceyrələrini öldürür. Və bu zaman antibiotiklər insan orqanizminin sağlamlığına ziyan vermir.

"Cancer Research UK" xəstəxanasının həkimi Alan Uorsli deyib ki, xərçəngin antibiotiklərlə müalicə üsulu ilk deyil. Ondan hələ 1960-cı ildə xərçəngin kimyəvi üsulla müalicəsi zamanı istifadə ediblər.

Düzdür, Kamillanın bu tapıntısının effektivliyi hələ öz təsdiqini tapmasa da, həkimlər bu haqda ciddi düşünməyə məcbur olublar.