Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı keçiriləcək. Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı keçiriləcək.

İdmançılarımız donmuş şəlaləyə dırmanacaq

Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı keçiriləcək.



Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından AzNews.az-a verilən məlumata görə, çempionat zamanı idmançılar Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrə dırmanacaqlar.

Beynəlxalq federasiyaların tələbləri və şərtlərinə uyğun olaraq təşkil olunan çempionatda federasiyanın nəzdində fəaliyyət göstərən respublikanın müxtəlif bölgələrindən olan klubların idmançıları iştirak edəcək.

Qeyd edək ki, son dövrlərdə ölkəmizdə bu kimi milli və beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi artıq ənənəyə çevrilib.