Müğənni Mətanət Əsədova və Manaf Ağayev dünən ATV telekanalının efirində yayımlanan “Səs verməyin” verilişinin qonağı olub. Müğənni Mətanət Əsədova və Manaf Ağayev dünən ATV telekanalının efirində yayımlanan “Səs verməyin” verilişinin qonağı olub.

“Adam var, 3 uşaqlı qadın alır, dəhşətə gəlirsən” – Manaf Ağayev (VİDEO)

Müğənni Mətanət Əsədova və Manaf Ağayev dünən ATV telekanalının efirində yayımlanan “Səs verməyin” verilişinin qonağı olub.



Verilişdə M.Əsədova şəxsi həyatından danışıb və bildirib ki, bundan sonra ailə həyatı qurmaq istəsə, əsl kişini ona həmkarı Manaf Ağayev tapacaq.

Mətanət xanımın bu yarızarafat, yarıciddi bəyanatı ictimaiyyət qarşısında birmənalı qarşılanmayıb.

"Toylar kralı" titulunu qazanan müğənni Manaf Ağayev yenidən həmin mövzuya qayıdaraq AzNews.az-a açıqlama verib.

M.Ağayevin fikrincə, M.Əsədova həmin verilişdə şou yaratmaq üçün belə açıqlama verib: "O, verilişdə bildirib ki, "Mən Manafa qardaş deyirəm. Onunla məsləhətləşmədən getdiyim üçün ailə həyatım alınmadı, boşandım. Bu dəfə mənə kim evlilik təklif etsə, Manafın məsləhəti ilə ərə gedəcəm". Yəni bunu yarızarafat şəkildə dedi. Mən onu neyləyirəm ki, özü bilər, ürəyi kimə istəyir ərə getsin. Bu, bir şoudur, orada hamı bir-biri ilə "mırtdaşır"".

Müğənni özünə və bir də ailəsinə cavabdeh olduğunu vurğulayıb: "Bir də baxırsan ki, elə bir şəxsiyyət elə bir qız alır ki, dəhşətə gəlirsən. Ürək sevirsə, baxmır bu, müğənnidir, yoxsa boşanan bir şəxs. Onu sevən oğlan bilər. Adam var, 3 uşaqlı qadın alır. Mən öz ailəmdən danışa bilərəm. Fəxr edirəm ki, belə bir ailəm var və mən onun başçısıyam".

M.Ağayev əlavə edib ki, M.Əsədova onu yaxşı tanıyır və bilir ki, Manaf qeyrətli kişidir, kişilərin özlərini də də yaxşı tanıyır, çünki Manaf kişidir: "Manaf bilir ki, kim mama uşağıdır, kim kişi".



Lalə
AzNews.az