Polislərin vətəndaşlardan rüşvət alması ilə bağlı daha bir video yayılıb. Polislərin vətəndaşlardan rüşvət alması ilə bağlı daha bir video yayılıb.

Polislərin rüşvət aldığı VİDEO yayıldı - Bakıda

Polislərin vətəndaşlardan rüşvət alması ilə bağlı daha bir video yayılıb.


AzNews.az xəbər verir ki, videonu "Sancaq Production" adlı Facebook səhifəsi yayıb. Məhəllə sakinlərinin çəkdiyi kadrlardan görünür ki, Post Patrul Xidmətinin xidməti maşını küçə ticarəti ilə məşğul olan şəxsin avtomobilinin yanında dayanıb. Səyyar satıcı pul sayaraq PPX-nın avtomobilinə yaxınlaşır və əlindəki "şirinliyi" içəridə oturan polislərə uzadır. Polislər pulu alan kimi həmin yerdən uzaqlaşırlar.

Qeyd edək ki, bir müddət öncə bu problemlə bağlı AzNews.az saytı olaraq araşdırma aparmışdıq. Araşdırmada polislərin küçə ticarəti ilə mübarizə aparmaq adı altında satıcıların malını mənimsədikləri üzə çıxmışdı. Ətraflı BURADAN oxuya bilərsiniz.