Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyanlardan biri olan Məhəmməd Əmin Rəsulzadənin Gəncə Şəhər Dəmiryolçular parkında qoyulan heykəlinə torba keçirilib. Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyanlardan biri olan Məhəmməd Əmin Rəsulzadənin Gəncə Şəhər Dəmiryolçular parkında qoyulan heykəlinə torba keçirilib.

Gəncədə Rəsulzadənin başına torba keçirildi - FOTOLAR

Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyanlardan biri olan Məhəmməd Əmin Rəsulzadənin Gəncə Şəhər Dəmiryolçular parkında qoyulan heykəlinə torba keçirilib.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Azər Allahverdiyev adlı istifadəçi özünün Facebook səhifəsində paylaşıb.

Məlumatda deyilir ki, Gəncə Şəhər Dəmiryolçular parkının təmirə ehtiyacı olduğu bir vaxtda həmin parkda bizneslə məşğul olan bir şəxs "Şam bağı" adlı kafe açmağa nail olub.

Bu kafe Məmməd Əmin Rəsulzadənin heykəlinin arxasında tikilib. Kafe tikilməzdən öncə də heykəlin başında torba olub.

Alınan məlumata görə bu hal artıq 3 ildir ki, davam edir və şəhər rəhbərliyi onu görməməzliyə vurur.

Qeyd edək ki, hazırda həmin parkda heç bir təmir aparılmır.