Bu gün ölkə mediasında tanınmış azərbaycanlı prodüser Vəfa Vaqifqızının (Məmmədova) həbs edilməsi haqda məlumat verilib. O, qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinir. Bu gün ölkə mediasında tanınmış azərbaycanlı prodüser Vəfa Vaqifqızının (Məmmədova) həbs edilməsi haqda məlumat verilib. O, qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinir.

Həbs edilən prodüserlə işləyən müğənnilər danışdı

Bu gün ölkə mediasında tanınmış azərbaycanlı prodüser Vəfa Vaqifqızının (Məmmədova) həbs edilməsi haqda məlumat verilib. O, qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinir.


Bir vaxtlar Vəfa Vaqifqızı ilə birgə çalışan müğənni Nüşabə Ələsgərli bu olayla bağlı AzNews.az-a açıqlama verib.



O bildirib ki, V.Vaqifqızı ilə onun işbirliyi 2007-ci ilə sona çatıb: "O, mənim prodüserim olub. Sonuncu dəfə 2007-də bir yerdə işlədik, vəssalam. Ondan sonra hara gedib, nə işlə məşğul olub bilmirəm. Heç maraqlanmamışam".



Müğənni Mənzurə Musayevanın prodüseri isə vurğulayıb ki, V.Vaqifqızını 16 il bundan öncə Mənzurə Musayevanın yanından qovub.

Qeyd edək ki, şou-biznesdə bir çox tanınmış müğənnilərlə çalışan Vəfa Vaqifqızı dekabr ayında tutulsa da, bu barədə məlumatlar son günlərdə yayılıb.

Lalə
AzNews.az