Kiyev şəhərində saxlanılan Rusiyanın “LifeNews” telekanalının jurnalistləri Ukraynadan deportasiya ediləcək. Kiyev şəhərində saxlanılan Rusiyanın “LifeNews” telekanalının jurnalistləri Ukraynadan deportasiya ediləcək.

Rusiyalı jurnalistlər Ukraynadan qovulacaq - FOTO

Kiyev şəhərində saxlanılan Rusiyanın “LifeNews” telekanalının jurnalistləri Ukraynadan deportasiya ediləcək.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Ukrayna Təhlükəsizlik Şurasının rəsmisi Markiyan Lubkibski özünün Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, həmin jurnalist xanımlar yaxın 5 il ərzində Ukraynaya buraxılmayacaqlar.

"Bu xanımların jurnalist peşəsinə heç bir aidiyyatı yoxdur. Onların məqsədi Ukraynanın milli maraqlarına və təhlükəsizliyinə zərbə vurmaqdır", - deyə Markiyan Lubkibski bildirib.

Qeyd edək ki, "LifeNews" telekanalının jurnalisti Yelizaveta Xramçova və həmin kanalın operatoru Natalya Kalışeva Kiyevdə Ukrayna Təhlükəsizlik Şurasının əməkdaşları tərəfindən saxlanılıb.