Xarici işlər naziri Elmar Məmmədyarov Qırğızıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Ayciqit Buranovu qəbul edib. Xarici işlər naziri Elmar Məmmədyarov Qırğızıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Ayciqit Buranovu qəbul edib.

Qırğızıstan səfiri etimadnaməsinin surətini təqdim etdi - FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Qırğızıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Ayciqit Buranovu qəbul edib.



Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə A.Buranov etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Səfir ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir A.Buranova diplomatik fəaliyyətində uğurlar arzulayıb.