Pakistanın Sind əyalətində məscidin qarşısında törədilən güclü partlayış nəticəsində 61 nəfər ölüb, 55 nəfər yaralanıb. Pakistanın Sind əyalətində məscidin qarşısında törədilən güclü partlayış nəticəsində 61 nəfər ölüb, 55 nəfər yaralanıb.

Pakistanda partlayış- 61 nəfər öldü

Pakistanın Sind əyalətində məscidin qarşısında törədilən güclü partlayış nəticəsində 61 nəfər ölüb, 55 nəfər yaralanıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.

Xəsarət alanların əksəriyyətinin vəziyyəti ağır kimi qiymətləndirilir.

France Press agentliyinin məlumatına görə, partlayışa görə məsuliyyəti "Taliban" hərəkatı ilə bağlı "Candullah" qruplaşması öz üzərinə götürüb.