Zimbabvedə ilan əti yeyən şəxs həbs edilib. Zimbabvedə ilan əti yeyən şəxs həbs edilib.

İlan əti yeyən şəxsə- 9 il həbs

Zimbabvedə ilan əti yeyən şəxs həbs edilib.




"Qafqazinfo" CNN-ə istinadən xəbər verir ki, Archwell Maramba onurğasında problemi olduğu üçün "Piton" ilanı yediyini bildirib.

58 yaşlı kişinin evində axtarış aparılması nəticəsində çoxlu sayda ilan dərisi aşkarlanıb, vətəndaşa cinayət işi açılıb.

Zimbabve məhkəməsinin qərarı ilə ilan əti yeyən şəxsə 9 il həbs cəzası verilib.

Qeyd edək ki, bu ölkədə ilanlar qorunur, onların ətinin yeyilməsi qadağan olunub.