Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən partlayışla bağlı məlumat yayıb. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən partlayışla bağlı məlumat yayıb.

FHN-in Bakıdakı partlayışla bağlı- Məlumatı

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən partlayışla bağlı məlumat yayıb.




AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda birmərtəbəli çoxmənzilli kommunal tipli yaşayış binasında məişət qazının sızması nəticəsində partlayış hadisəsi baş verib.

Partlayış nəticəsində mənzillərin qapı və pəncərələri çərçivədən çıxıb, arakəsmə divarları uçub. Hadisə zamanı 1 nəfər yüngül yanıq xəsarəti alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.