Gecə saatlarında paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində yol qəzası baş verib. Gecə saatlarında paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində yol qəzası baş verib.

Bakıda iki minik avtomobili toqquşdu - FOTO

Gecə saatlarında paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində yol qəzası baş verib.



AzNews.az APA-ya istinadən xəbər verir ki, Mehriban Əmirəlizadənin idarə etdiyi "Toyota" markalı avtomobil adıçəkilən prospektdə hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Nəticədə xanım sürücü maşınını əvvəlcə yol kənarında dayanan, Vüqar Nağızadəyə məxsus "Opel" markalı avtomobilə, daha sonra isə yanacaqdoldurma məntəqəsinin qiymət lövhəsinə çırpıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə və yanacaqdoldurma məntəqəsinə ziyan dəyib. Hər iki avtomobil evakuatorlar vasitəsilə hadisə yerindən uzaqlaşdırılıb. Hadisə ilə bağlı Binəqədi polisi araşdırmalara başlayıb.
image description image description image description image description