Şanlıurfada keçirdiyi yol qəzasında ölən iki uşaq anası yaponiyalı jurnalist Kazumi Takayanın cənazəsi ölkəsinə göndərilmək üçün İstanbula gətirilib. Şanlıurfada keçirdiyi yol qəzasında ölən iki uşaq anası yaponiyalı jurnalist Kazumi Takayanın cənazəsi ölkəsinə göndərilmək üçün İstanbula gətirilib.

Yapon jurnalistinin cənazəsi İstanbula gətirildi

Şanlıurfada keçirdiyi yol qəzasında ölən iki uşaq anası yaponiyalı jurnalist Kazumi Takayanın cənazəsi ölkəsinə göndərilmək üçün İstanbula gətirilib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Türkiyənin "İHA" agentliyi yayıb.

İŞİD-in əlindəki yaponiyalı jurnalist Kendzi Qotonun sərbəst bıraxılma prosesini izləmək üçün Akçakalaya gedən Kazumi Takaya keçirdiyi yol qəzasında həyatını itirmişdi.

Takayanın cənazəsi Adlı Tibb Meyitxanasında aparılan araşdırmadan sonra ölkəsi Yaponiyaya göndərilmək üçün İstanbulun Atatürk Hava Limanına gətirilib. Kazumi Takayanın əri Hisashi Takaya da eyni təyyarəylə İstanbula gəlib. Taqətdən düşmüş halda ayaq üstə durmaqda çətinlik çəkən Takaya onu müşayiət edənlərin köməyi ilə yeriyib.